Vətən müharibəsi ilə bağlı kitab nəşr edildi - FOTO

Vətən müharibəsi ilə bağlı kitab nəşr edildi - FOTO

Hazırda oxunan: Vətən müharibəsi ilə bağlı kitab nəşr edildi - FOTO

87785

Tanınmış şair-publisist Fuad İslamoğlunun yeni kitabı işıq üzü görüb.

Bizim.Media xəbər verir ki, müəllifin “Qisasımız qiyamətə qalmadı” adlı şeirlər toplusu sayca beşinci kitabıdır. 

Şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş kitabda əsasən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, yüksək sərkərdəlik məharəti, mahir diplomatiyası xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan tarixi qələbədən, qürur dolu 44 günlük döyüşlərdən bəhs edilir. 

Eyni zamanda, şeirlər toplusunda yurd sevgisi, xalqa, dövlətə, dosta, qohuma sədaqət, ülvi məhəbbət mövzularında şeirlərə, ağsaqqal tövsiyələrinə və təmsillərə də geniş yer verilib.

Qeyd edək ki, şairin əvvəlki “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” kitabları da geniş oxucu kütləsinin marağına səbəb olub.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO