“Şuşada teatr binasının inşası məsələsi gündəmdədir” - Nazir

“Şuşada teatr binasının inşası məsələsi gündəmdədir” - Nazir

Hazırda oxunan: “Şuşada teatr binasının inşası məsələsi gündəmdədir” - Nazir

86771

“Şuşada yeni teatr binasının inşa edilməsi məsələsi nəzərdən keçirilir”.

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şuşa Azərbaycan Prezidentin qərarı ilə qoruq elan edilib:

"Şuşanın Baş planı təsdiq edilsə də, təfsilatlı plan hazırlanmaqdadır. Belə ki, orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik”.

Nazir əlavə edib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO