İçərişəhərdə ilk Milli Qurama Festivalı keçirilir - VİDEO

İçərişəhərdə ilk Milli Qurama Festivalı keçirilir - VİDEO

Hazırda oxunan: İçərişəhərdə ilk Milli Qurama Festivalı keçirilir - VİDEO

82839

Azərbaycanda ilk dəfə olaraq Milli Qurama Festivalı keçirilir.

Bizim.Media xəbər verir ki, Festival  iyulun 7-də qədim tikmə növü olan quramanın İçərişəhər ərazisində nümayiş yürüşlə başlayıb.

Təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında kiçik parça hissələrindən tikilən quramanın hazırlanmasında paytaxt sakinləri, turistlər və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları iştirak ediblər.
Festival zamanı “Azərbaycanda xalq sənətkarlığı. Qurama” Elmi-praktiki konfransı, dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və "Artterapiya" uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun və s. tədbirlər təşkil olunacaq.

Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, qurama sənətkarlarının əl işlərindən ibarət sərgi və qurama sənətinə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq. 

Məlumat üçün bildiririk ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Şəhəri İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO