Dövlət Musiqili Dram Teatrı uzun illərdən sonra Şuşada tamaşa nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, mədəniyyət hadisəsi ilə bağlı Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında paylaşım edib.
Bu gün baş tutan Azərbaycan dramaturqiyasının banilərindən olan Mirzə Fətəli Axundovun yazdığı “Sərgüzəşti – vəziri – xani – Lənkəran” komediyası oynanılıb.
Aktrisa tamaşadan görüntüləri yayımlayaraq, bu sözləri yazıb.
“30 ildən sonra Şuşa Musiqili Dram Teatrının Şuşada ilk tamaşası. Bu günləri bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
16:20 / 29.06.2022
Uzun illər sonra Şuşa səhnəsi - VİDEO
Hazırda oxunan: Uzun illər sonra Şuşa səhnəsi - VİDEO
Hazırda oxunan: Uzun illər sonra Şuşa səhnəsi - VİDEO
81541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.