Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu barədə Bizim.Media-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.
BMT Cenevrə Ofisinin Baş Direktoru xanım Tatyana Valovaya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həmsədri Dr. İsmayıl Seragəldin tərəfindən imzalanan memoranduma əsasən hər iki təşkilat multilateralizm, sülh, inkişaf və mədəni anlaşmanın təbliğ olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq Ümumdünya Səhiyyə Təşkilatı ilə strateji əməkdaşlıq memorandumu imzalanıb və Mərkəz digər qurumlarla da əməkdaşlığını inkişaf etdirmək istiqamətində çalışır.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:12 / 21.06.2022
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə memorandum imzaladı – FOTO
Hazırda oxunan: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə memorandum imzaladı – FOTO
Hazırda oxunan: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə memorandum imzaladı – FOTO
80204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.