Şeyx Əbdüldən Rasim Balayevə CAVAB: “Onu xəstə-xəstə dartıb kinoya mən gətirmişəm”

Şeyx Əbdüldən Rasim Balayevə CAVAB: “Onu xəstə-xəstə dartıb kinoya mən gətirmişəm”

Hazırda oxunan: Şeyx Əbdüldən Rasim Balayevə CAVAB: “Onu xəstə-xəstə dartıb kinoya mən gətirmişəm”

79666

“Rasim Balayev deyir ki, Şeyx Əbdül sənətə və insanlığa ləkədir. Sənətə ləkə olmadığım 60 il göz önündədir. Ən azı onu düz deyir ki, Balayevi xəstə-xəstə dartıb kinoya mən gətirmişəm. İlk dəfə “Qeyri-adi ov” filminə onu baş rola çəkmişəm. Kino həyatını da ona mən vermişəm. İnsanlığımla hər zaman Balayev fəxr edib. Hər zaman böyrümdə, başımda gəzib. İndi nə oldu, birdən-birə mən insanlığa ləkə oldum? Mənim kimi nümunəvi, milli ruhlu ağsaqqal insanlığa ləkə oldu?” 

Bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Xalq artisti Rasim Balayevin səsləndirdiyi “Şeyx Əbdül sənətə və insanlığa ləkədir” sözlərinə sərt şəkildə münasibət bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Balayevdən ittihamlara CAVAB: “Əbdül Mahmudov da, Ayaz Salayev də sənətə və insanlığa bir ləkədir”


“Sənətim göz önündədir. Çəkdiyim filmlər, oynadığım rollar, hazırladığım layihələr, yazdığım ssenarilər, buraxdığım kitablar. Rasim sənin nəyin var? 1960-cı ildən 1990-cı ilə qədər Azərbaycanın bütün klassik filmlərində soyadım var. Bilmirəm Rasim hansı insanlıqdan danışır, yəqin onun öz təfəkküründə özünəməxsus absurd bir insanlıq var. Yəqin orada məni görmək istəyir, amma orada o özüdür”. 

O, “Şeyx Əbdül həyatı boyu bir film çəkib” ittihamlarına da münasibət bildirib: 

““Doğma sahillər” filmində də Rasimi baş rolda çəkmişəm. Orada ondan başqa Nüsrət Kəsəməlli, Tariyel Qasımov, Həmidə Ömərova, rus aktyorları Krilov, Belov və digər aktyorlar çəkilib. “Qaçaq Nəbi” filmində isə Rasim Balayevə dövlət mükafatı üçün adını vermişəm”. 

Sonra Xalq artisti “Rasim Balayev deyir ki, Şeyx Əbdül qapı-qapı gəzib özünə 75 illik yubiley keçirdi” sözlərinə də münasibət bildirib: 

“O zaman Şəfiqə Məmmədova güya mənə 2000 manat pul göndərib və şərt də qoyub ki, gəlib ittifaqa üzv olum. Heç bir ittifaqda olmamışam. Heç kimin qapısını döyüb yubiley keçirmək üçün müraciət etməmişəm”. 

Kinorejissor aktyoru rüşvətxorluqda da ittiham edib:

“Limuzinlər”in, villaların, şəhərin mərkəzində təmir edib xaricilərə verdiyin mənzillərin... İndi de görüm rüşvəti alan sənsən, yoxsa mən? Mən bu gün də mansarda yaşayıram. Fəaliyyətimi davam etdirirəm. Mən bir ittifaqın üzvü olmuşam. O ittifaqın da sədri mərhum Həsən Seyidbəyli olub. Mən 1966-ci ildə o ittifaqın üzvü olanda, Rasim Balayev 1965-ci ildə kənddə idi. Yalnız Kinomatoqrafiya İttifaqının üzvüyəm. Orada beş katibdən biri tələbə yoldaşım və 60 illik dostum Şəfiqə Məmmədovadır. O orada kişilik edib, dirəniş göstərdi və orada qaldı. Digərləri isə rüşvətə, satqınlığa bulaşmış adamlardılar. Onlar aradan çıxıb, qaçdılar. O zamanlar Rasim Balayev dedi ki, mən kinoda qəhrəmanam, həyatda deyil”.

Sənətkar fikirlərini sonra belə davam edib: 

“Kino mükafatları iki ildən bir kinoda olan xidmətlərə görə təqdim olunur. Keçən il bu mükafat mənə, bir də Ramiz Fətəliyevə verilib. Başa düşə bilmirəm, bu ittifaq Rasim Balayevin şəxsi mülkiyyətidir? Bu, Şəfiqənin də mülkiyyəti deyil. Bu mükafat rəsmi status, müzakirə və təqdimat yolu ilə verilir. Şəfiqə o İttifaqın sədridir. Niyə üzv olduğum İttifaqa yenidən üzv olum? Deyir ki, Şeyx Əbdül pulun iyini alan kimi, bizim ittifaqdan çıxıb, Şəfiqənin yanına gedib. Bu, Şəfiqənin də İttifaqı deyil, Azərbaycan Dövlət Kinomatoqrafiya İttifaqıdır”. 

Şeyx Əbdül R.Balayevin Milli Dram Teatrındakı fəaliyyətindən də danışıb. 
 

“Məni 50 ildir tanıyırsan, hansı əxlaqa, kişiliyə sahib olduğumu yaxşı bilirsən. Sənin dağıdıb, qoyub qaçdığın ittifaqı səndən fərqli olaraq, Şəfiqə kişi kimi sinəsini qabağa verib qorudu, saxladı.


Rasim Balayev, sənin kinoya nə adiyyətin var? Aktyorun yeri teatrdır. Milli Dram Teatrına getdin, aktyor olmaq istədin, amma alınmadı, işləyə bilmədin. Kinostudiya aktyorun yeri deyil. Kinostudiya kino mədəniyyəti evidir. Orada  animasiyalar, sənədli, bədii filmlər çəkilir. Həsən Seyidbəylinin oğlu ağlaya-ağlaya dedi ki, atamın yubileyinin keçirilməsinə Rasim köməklik etmədi. Hansı ki, həmin o İttifaqda Nəsimi filminin hazırlıq dövründə Balayev Həsənin önündə ayaq üstə dayanırdı. Kinodan danışırsınız, amma kinodan xəbəriniz yoxdur”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO