Yeni kino saytı yaradıldı

Yeni kino saytı yaradıldı

Hazırda oxunan: Yeni kino saytı yaradıldı

79236

Azərbaycan Kinematoqrafçılar İttifaqı kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib. 

Bu barədə Bizim.Media-ya İttifaqın katibi Əli İsa Cabbarov məlumat verib. 

Qeyd olunub ki, “Kinoyazar.az” adını almış yeni saytda Sevda Sultanova, Aygün Aslanlı, Aliyə Dadaşova, Hacı Səfərov və digər kinoyazarların məqalələri daimi şəkildə yayımlanacaq. 

Saytda yerli müasir kinonun problemləri ilə yanaşı, dünya kinosunun da ekran nümunələrinin müzakirə və tənqidi yer alacaq. 

Apa-nın məlumatına görə, “Kinoyazar.az” saytı məşhur amerikalı dramaturq və ssenarist Kristofer Voqlerin “Qəhrəmanın səyahəti” adlı sxeminə əsasən hazırlanıb. 

“Çağırış”, “Çağırışın rəddi”, “Təmas”, “Yaxınlaşma”, “Sınaq”, “Mükafat”, “Yenidən doğulma” adlı kateqoriyalara bölünmüş saytda istifadəçilər həm də yerli rejissor və müəlliflərin ssenariləri ilə də tanış ola biləcəklər. 
O bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı kino yaradıcılığı üzrə virtual resursların artması işini davam etdirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO