Bu barədə Bizim.Media saytına Parlamentin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa bildirib. O, hazırda kino sahəsinin hüquqi tənzimlənməsini nəzərdə tutan yeni layihə üzərində çalışdığını deyib:
“Azərbaycanda kino sahəsinin daha da inkişaf etməsi üçün qanun layihəsi üzərində işləyirəm. Bununla əlaqədar yeni araşdırmalar aparıram. Bu qanun Azərbaycan kinosunda yeni prosesin başlanğıcı olacaq”.
MÖVZU İLƏ BAĞLI:
Televiziya rəhbərləri niyə həmişə eyni kinoları efirə verir? – Ekspertlərdən sərt açıqlama
Xatırladaq ki, 2016-cı ildə Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kinematoqrafiya haqqında" qanun layihəsi ilkin müzakirəyə çıxarılıb, amma sonrakı mərhələdə təsdiq olunmayıb.
Ekspertlərin fikrincə, 1998-ci ildə bu sahədə qəbul olunan qanun artıq günün tələblərinə cavab vermir.
Alçina Amilqızı, Bizim.Media