Xanımı ilə arasında yaş fərqi olan Siyavuş Kərimi: “Öz həyatımdır, özüm bilərəm” - VİDEO

Xanımı ilə arasında yaş fərqi olan Siyavuş Kərimi: “Öz həyatımdır, özüm bilərəm” - VİDEO

Hazırda oxunan: Xanımı ilə arasında yaş fərqi olan Siyavuş Kərimi: “Öz həyatımdır, özüm bilərəm” - VİDEO

71687

"Ailəmə çox bağlıyam. Övladlarımı çox sevirəm. Böyük oğlum musiqiçidir. O, hazırda Amerikada yaşayır. Ondan kiçik oğullarım isə biri tar, digəri fortepiano çalır. Yaş fərqi olsa da, onlar arasında da hörmət var. Nə olsun ki, o uşaqdır, məgər ona acıqlanmalıyam? Xeyr! Uşaqlarım heç vaxt mənim yüksək səsimi eşitməyiblər. Çox çətin ki, bundan sonra da eşidələr. Sakit və təmkinli insanam. Evdə sərt deyiləm. Sərtliyi sevmirəm. Sərtlik ancaq işdə ola bilər. Xanımımla aramda yaş fərqi var. Amma bu önəmli deyil”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq Artisti, "Şöhrət" ordenli Siyavuş Kərimi qonaq olduğu "Üzə-düz" proqramında deyib.  

Ailəsindən danışan sənətkar evdə sakitliyi və gülüşü sevdiyini söyləyib.

“Bizi xarakter, ruhumuz, düşüncəmiz, ortaq hər şey bağlayır. Yaşın nə fərqi var ki?! Heç bir qınağa fikir vermədim. Öz həyatımdır, özüm bilərəm. Mən niyə kiminsə sözü ilə oturub-durmalıyam ki?! Evdə tarazlıq qorunub, saxlanılmalıdır. Uşaqların tərbiyəsi ilə ana məşğul olur, əlbəttə onun işinə qarışmaq olmaz! Bir problem olanda, uşaq "ay ata" demir ki? "Ay ana" deyir. Hansı kişi evdə "dır-dır"ı sevər ki? Heç biri. Gülür... Evdə sakitçilik olsun. Gülüşü sevirəm… "  

Sənətçilərin qonorar müqabilində efirlərə çıxması məsələsinə S.Kərimi də münasibət bildirib. Sənətkar Avropada yayımlanan verilişlərdə səslənən bəstələrinə görə qonorar aldığını açıqlayıb.   

"Yaradıcı insan öz əsərinin bəhrəsini görməlidir. Musiqiçilər gedib toydan qazanırlar, Allah bərəkət versin. Yaxşı, bəs bu şair, yazıçı, bəstəkar nə etsin? Onun əsəri hardasa istifadə olunursa, o bunun qonorarını almalıdır. Toydan, konsertdən, hətta disk satışından belə yaradıcı insanların qonorarı çatmalıdır.

Müğənni mahnı üçün bəstəkar, şairə niyə pul ödəməlidir ki, başa düşmürəm?! Məsələn, bəstəkar mahnı üçün Mübariz Tağıyevi dəvət edir ki, ifa etsin, o bununçün pul ödəməlidir? Niyə?
Mahnı dövlətə satılmalıdır. Dövlətin də alıcı təşkilatı olmalıdır. Bəstə hər dəfə radio, TV-yə satılanda o pul qəpik- qəpik yığılmalı və yaradıcı heyətin payına çatmalıdır. Mən 30 il olar ki, Avropadan verilişlərdən qonorar alıram. Sonuncu dəfə 700 dollar gəldi... "  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO