"Mən Gəncə Dövlət Dram Teatrında açılışdan sonra ilk dəfə olurdum. Çox möhtəşəmdir. Mən Sizə deyim ki, bəlkə də Azərbaycanda belə teatr binası yoxdur. Akustika ən peşəkar səviyyədədir. Burada səhnələr böyük festivallar və böyük konsertlər keçirməyə imkan verir. Hesab edirəm ki, Gəncə yaxın gələcəkdə böyük mədəniyyət tədbirlərinə ev sahibliyi edə bilər".
Bu açıqlamanı Bizim.Media-nın Gəncə bürosuna Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli verib.
Onun sözlərinə görə, Gəncə Dram Teatrının binasında yaradılan şərait onu sözün yaxşı mənasında təəccübləndirib. Teatrın foyelərində olan dahi sənətkarların şəkilləri, onlar barədə yaradılan guşələr müsiqiçinin çox xoşuna gəlib:
"Gəncə Teatrının yeni binası məni lap gənclik illərimə apardı. O dahi sənətkarların əksəriyyəti ilə mən çiyin-çiyinə çalışmışam. Çox müsbət haldır ki, Gəncə Teatrında mədəniyyətimizin tarixini yaşadırlar. Gələcək nəsillər bu tarixi bilməlidirlər, görməlidirlər. Hesab edirəm ki, bu baxımdan gəncəlilər şanslıdırlar.
Belə bir möhtəşəm mədəniyyət ocağının tikintisi və ərsəyə gəlməsi üçün ölkə başçısı cənab İlham Əliyevə və mədəniyyətimizə daim dəyər verən 1-ci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm" deyə Fərhad Bədəlbəyli əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:05 / 17.04.2022
Fərhad Bədəlbəyli: "Gəncə böyük festivallar keçirməyə hazırdır"
Hazırda oxunan: Fərhad Bədəlbəyli: "Gəncə böyük festivallar keçirməyə hazırdır"
Hazırda oxunan: Fərhad Bədəlbəyli: "Gəncə böyük festivallar keçirməyə hazırdır"
70052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.