“Bunu bir Anar bilir, bir mən, bir də Allah” - Əkrəm Əylisli SİRLƏRİ AÇDI 

“Bunu bir Anar bilir, bir mən, bir də Allah” - Əkrəm Əylisli SİRLƏRİ AÇDI 

Hazırda oxunan: “Bunu bir Anar bilir, bir mən, bir də Allah” - Əkrəm Əylisli SİRLƏRİ AÇDI 

69265

“Çingiz Abdullayev kütləvi oxucu tərəfindən çox tanınan və sevilən yazıçıdır. Ancaq o "kütləvi oxucu” kimdir, nəçidir? Onun bədii zövqünə inanmaq olarmı, lazımdırmı?.. Məncə, olmaz və lazım deyil”.

Bizim.Media xəbər verir ki, bunu yazıçı Əkrəm Əylisli “qaynarinfo”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, əyləndirən ədəbiyyatla düşündürən ədəbiyyatın böyük fərqini anlamadan bədii əsər barədə obyektiv fikir söyləmək mümkün deyil:   

“Mənim Çingiz Abdullayevlə şəxsi-qərəzliyim yoxdur. Allahı var, bir həftədə iki roman yazıb, özünün çoxsaylı oxucularını xoşbəxt eləsin. Ancaq mənim Çingizə deyiləsi bir-iki sözüm var. Birinci, onu demək istərdim ki, özündən danışanda çox uzağa getməsin, qızışıb kəllə-çarxa çıxmasın.

Mütləq nəzərə alsın ki, əsərlərinin bir qismi hələ kumık dilinə tərcümə olunmayıb və Pataqoniyada nəşr edilən kitabları Kosta-Rikanın kitab mağazalarında hələ tam satılıb qutarmayıb.

İkinci, kitablarının hansı ölkədə daha çox satılmağı barədə millətə hesabat verəndə – dünyanın kitabsevər xalqların arasında – ermənlərin də olduğunu, hərdən çaşıb, fəxr ilə dilinə gətirməsin. Bilsin ki, belə şeyin düşər-düşməzi olur”.
Ə.Əylisli yazıçı Anarla olan münasibətindən də danışıb:

“Mənim Anara münasibətim həmişə təhrif olunub. Bunun bir səbəbi pressanın ara vurmaqda atəşin ehtirasıdırsa, digər səbəbi Anarın özüdür. Məsələn, Anar gözəl bilir ki, niyə mən "Beş mərtəbəli evin altıncı mərtəbəsi”ni bəyənmirəm və onun illər uzunu AYB-yə rəhbərlik etməsinin əleyhinəyəm. Ancaq Anar bildiyini demir. Özünə sərf eləyəni deyir.

Guya mən AYB-ni ona görə tənqid eləyirəm ki, orada "onun yerini” tutmaq istəyirəm və mənim "Beş mərtəbəli evin altıncı mərtəbəsi”ni  bəyənməməyimin yeganə səbəbi bu əsərin populyarlığına qısqanmağımdır. Ancaq belə deyil! Və təssüflər olsun ki, bunu bir Anar bilir, bir mən, bir də Allah. Anarın ürəyində çox şey var. Ancaq demir, deməyi lazım bilmir.

Bəlkə yazıb saxlayır. Bu, onun öz işidir. Amma mən hər şeyi deyirəm. Ürəyimi heç kəsdən gizlətmirəm. Bizi biri-birimizdən ayıran da elə budur”.

Yazıçı həmçinin İsa Hüseynov haqqında yazılan məqalədə adının hallanmasına münasibət bildirib.

“Məqaləni kim yazıb, bilmirəm. Ancaq rəhmətliyin bütün doğum və anım günlərində o yazını saytlarda təkrar-təkrar yayımlayırlar. Sərlövhəsində də – mənim adım: "Əkrəm Əylislini otaqdan qovdu”. Nə vaxt? Nəyə görə? Hansı otaqdan? Bu sualların heç birinin cavabı şəxsən mənə məlum deyil. Ancaq mənə yaxşı məlumdur ki, işlədiyi yerlərdə, İsa Hüseynovun öz otağı heç vaxt olmayıb.
Demək, söhbət rəhmətliyin evindəki hər hansı otaqdan gedə bilər. Ancaq mən o evdə heç vaxt olmamışam.

Ona görə ki, rəhmətliyin "İsa Hüseynov” olduğu dövrdə məni ora çağıran olmayıb. Deyirlər, dahilərin hamısı dəlidir, ancaq dəlilərin hamısı dahi deyil axı. İsa Hüseynov dahi olmaq istədi. Dahi olmadı, dəli oldu. Biz bunu deməyə niyə qorxuruq?”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO