Ermənistan UNESCO-da özünə aid etdiyi qeyri-maddi mədəni irsinin siyahısına dəyişiklik etmək üçün müraciət təqdim edib.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, ermənilərin öz qeyri-maddi mədəni irsi kimi təqdim etmək istədikləri dəyərlərin siyahısında paxlavanın da adı qeyd olunub.
Məsələyə münasibət bildirən qida məsələləri üzrə ekspert Ağa Salamov bununla bağlı elmi arqumentləri ortaya qoyub:
“Qədim Türk şirniyyatlarından olan paxlava, Türk xalqları mətbəxində hər cür növdə hazırlanır və bayramların süfrə bəzəklərindən biridir. Novruz bayramında Ramazan ayında və.s bir çox bayramlarda süfrələri bəzəyən bu şirniyyatın ən dadlısına, ən yaxşısına yalnız Türk xalqları süfrəsində rast gəlmək mümkündür. Çünki bu şirniyyatın düzgün hazırlanma texnologiyasını qədimdən bu günümüzə qədər qoyub saxlayan Türk xalqları olub”.
Ekspert bildirib ki, dadını, ləzzətini, görünüşünü itirmədən Qədim Türk mətbəx mədəniyyətindən bu günümüzə qədər gəlib çatan paxlavanı bir çox ölkələr öz mətbəxi kimi də qələmə verirlər:
“Bunlardan biri də dünyada oğru və qonşularına xəyanət edən bir xalq kimi tanınan ermənilərdir. Həmin bu oğru xalqın savadsız və araşdırmaları olmayan, "erməni kulinariya ənənələrinin inkişafı və qorunması" ictimai təşkilatının sədri Sedrak Mamulyana və erməni təhsil nazirliyi və mədəniyyət nazirliyinə USTAD DƏRSİ keçmək istəyirəm.
Məlumdur ki, türk mənşəli söz olan “paxlava” sözü qədim türkcədə “baklagu” və ya “baklagi” kimi bilinir və eyni zamanda paxlava xəmirinin açılmasında istifadə edilən oxlovun köhnə türkcədə “oklağa”, “oklağu” kimi də ifadə olunması paxlavanın türk mədəniyyətinin bir ləzzəti olduğunun ən mühüm sübutlarından biridir.
Qədim türklər, xəmiri qat qat açaraq, bir-bir bişirərək arasına müxtəlif içliklər qoyaraq qat qat xəmiri meydana gətiriblər.
Paxlava da bu qaydada meydana gəlib. Azərbaycanda 8 qat xəmirdən hazırlanan Paxlava, Orta Asiyada türk xalqları tərəfindən sac üzərində də bişirilir. Gəncə, Quba və Şəkidə də paxlava məcməyidə köz üzərində bişirilir”.
Ağa Salamov onu da qeyd edib ki, Osmanlı imperatorluğunun geniş bir coğrafiyaya yayılması və bir çox mədəniyyətlərə ev sahibliyi etməsi nəticəsində, fərqli mədəniyyətlərin də süfrəsinə yol açan paxlava fərqli reseptlər və texnologiya əsasında da hazırlanır:
“Ermənilər başlarını oğurluqdan ayırıb əllərinə kitab alıb mütaliə etsələr və tarixi elmlərə yiyələnsələr bəlkə onlardan da dünyaya xeyir gələr. Məsələn; Osmanlı tarixində ilk çap olunmuş yemək kitabı kimi tanınan "Melceü't-Tabbahidə" qaymaqlı paxlava, düyü paxlavası haqqında geniş məlumat verilir və düyü unu ilə Azərbaycanın cənub bölgəsi başda olmaqla bir çox bölgələrində də paxlava hazırlanıb. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan Oğuzların dastanı "Kitabi-Dədə Qorqud"u araşdırmaq bunun üçün yetərlidir.
Türk xalqlarının bayramı olan və baharın gəlişi ilə torpağa yeni nəfəs qatan Novruz bayramının da tarixi min illiklərə söykənir.
Novruz bayramının milli atributlari olan qoğal, şəkərbura və paxlavanın tarixi qədim Türk tabletlərinə qədər gedib çıxır və bu arxeoloji araşdırmalarda da sübut olunub. Qoğal Günəş, şəkərbura Ay, paxlavalar isə Göy üzündəki ulduzları ehtiva edir.
Erməni təhsil və mədəniyyət nazirliyinə araşdırma üçün ip ucu vermək istəyirəm. Siz birazda Atatürkü və şumerləri araşdırın o zaman bilərsiz dünyada ən qədim xalq kimdir, qədim türk mətbəx atributları hansı qədim tabletlər də öz əksini tapıb və onların mətbəx mədəniyyəti necə formalaşıb”.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
18:00 / 02.04.2022
Paxlavanın mahiyyətini bilməyən erməni onu necə özününküləşdirə bilər? – Ekspertdən CAVAB
Hazırda oxunan: Paxlavanın mahiyyətini bilməyən erməni onu necə özününküləşdirə bilər? – Ekspertdən CAVAB
Hazırda oxunan: Paxlavanın mahiyyətini bilməyən erməni onu necə özününküləşdirə bilər? – Ekspertdən CAVAB
67661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.