Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Hazırda oxunan: Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

67575

Aprel ayında Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin keçirilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Özbəkistanın mədəniyyət nazirinin müavini Muradcan Məcidov bildirib.

Tədbirin Tərməz şəhərində keçirilməsi gözlənilir.

Nazir müavini bildirib ki, Özbəkistan Azərbaycanı 2022-ci ildə keçirilməsi planlaşdırılan “Muğam sənəti və onun rəqəmsal dünyada rolu” adlı II Beynəlxalq Konfransda, “Şərq təranələri” adlı beynəlxalq musiqi festivalında və Sənətlər festivalında iştirak etməyə dəvət etməyi planlaşdırır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO