Kukla Teatrında məşqlərin sürəti niyə artırılıb? - Qurban Məsimovdan AÇIQLAMA

Kukla Teatrında məşqlərin sürəti niyə artırılıb? - Qurban Məsimovdan AÇIQLAMA

Hazırda oxunan: Kukla Teatrında məşqlərin sürəti niyə artırılıb? - Qurban Məsimovdan AÇIQLAMA

67337

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında H. X.Andersenin “Düyməcik” nağılı əsasında eyniadlı tamaşa hazırlanır.

Bu barədə Bizim Media-ya məlumat verən Əməkdar artist, Kukla Teatrının baş rejissoru Qurban Məsimov məşqlərə aprelin 1-dən start veriləcəyini açıqlayıb:

“Balaca tamaşaçılarımıza yeni ərməğan kimi “Düyməcik” tamaşasını hazırlayırıq. Artıq kuklaçılar öz işlərini görüblər. Kuklalarımız hazırdır.

Aprelin 1-dən aktyorlarımızla tamaşanın məşqlərinə başlayırıq. “Düyməcik” tamaşasında səslənəcək mahnıların müəllifi Vüqar Camalzadə olacaq.
Tamaşanın ümumi musiqisində isə Avropa klassik musiqi əsərlərindən istifadə edəcəyik” deyən Qurban Məsimov, tamaşanın musiqi əhvalını Avropa üslubunda kökləməyə çalışdığını vurğulayıb:

“Əvvəlki işlərimdə daha çox milliliyə can atırdım. Hətta “Qırmızı papaq” tamaşasını hazırlayanda “Qırmızı papaq”ı dəyişdirib “Qırmızı araxçınlı qız” etmişdim. O tamaşa maraqlı alınmışdı. Sizə deyim ki, həmin tamaşada doqquz məşhur müğənnimiz vokal partiyalarını ifa edirdilər. Məsələn, Xalq artisti Flora Kərimova-nənə, Samirə Əfəndi-qırmızı araxçınlı qız, Xalq artistləri Tünzalə Ağayeva və Gülyaz Məmmədova və başqaları öz ifaları ilə tamaşaya xüsusi rəng, çalar gətirmişdilər. 

İnanıram ki, “Düyməcik” tamaşamız da əvvəlki tamaşalarımız kimi balacalar tərəfindən çox seviləcək.

“Düyməcik” tamaşamızı bir ay ərzində hazırlayıb, təhvil verəcəyik. Artıq sürətləndirilmiş iş gedir. Bilirsiniz, müasir dövrdə uzun-uzadı məşqlər etmək olmur. Zəmanə dəyişilib, artıq sürət əsridir. Stolarxası məşqlər etməyə vaxt yoxdur”, - deyən Əməkdar artist Qurban Məsimov əlavə etdi ki, “Hər iş ayağa qalxanda - yəni səhnəyə çıxanda bəlli olur”.

Ülviyyə Həsənqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO