31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi hazırlanıb.
Bizim Media xəbər verir ki, virtual sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar əks olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.
Xatırladaq ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:17 / 31.03.2022
“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi hazırlanıb
Hazırda oxunan: “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi hazırlanıb
Hazırda oxunan: “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi hazırlanıb
67240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.