Martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, iclasda Azərbaycanı mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. İclas təşkilati və cari məsələlər baxacaq.
İclasın qərar və qətnamələri imzalanandan sonra nəticələrlə bağlı mətbuat konfransı olacaq.
Qeyd edək ki, martın 30-da “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi baş tutacaq.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının iclasında ölkələri təmsil edən rəsmi heyətlər, türk dünyasından, eləcə də beynəlxalq təşkilatlardan çox sayda qonağın iştirakı ilə keçiriləcək açılış mərasimi rəsmi hissə və zəngin bədii proqramdan ibarətdir.
Bursa türk dünyası mədəniyyət paytaxtı estafetini Özbəkistanın Xivə şəhərindən qəbul edib.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
08:12 / 30.03.2022
TÜRKSOY-un Mədəniyyət nazirlərinin fövqəladə iclası keçiriləcək - Anar Kərimov da qatılacaq
Hazırda oxunan: TÜRKSOY-un Mədəniyyət nazirlərinin fövqəladə iclası keçiriləcək - Anar Kərimov da qatılacaq
Hazırda oxunan: TÜRKSOY-un Mədəniyyət nazirlərinin fövqəladə iclası keçiriləcək - Anar Kərimov da qatılacaq
67030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.