Gənc Tamaşaçılar Teatrında təmir bu tarixdə başa çatacaq – Nazirlik açıqladı 

Gənc Tamaşaçılar Teatrında təmir bu tarixdə başa çatacaq – Nazirlik açıqladı 

Hazırda oxunan: Gənc Tamaşaçılar Teatrında təmir bu tarixdə başa çatacaq – Nazirlik açıqladı 

66931

İki illik pandemiya dövründən sonra, 2021-ci ilin oktyabr ayından teatrlarımız qapılarını tamaşaçılarının üzünə aça bildi. Teatr səhnəsi üçün darıxan sənət əhli, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, sevimli peşələri ilə məşğul olmanın sevincini yaşadılar.  

Bizim.Media xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının kollektivi üçün pandemiyadan sonrakı dövr daha çətin başlayıb.

Belə ki, teatrın tamaşa zalında damın çökməsi Gənc Tamaşaçılar Teatrının yenidən uzunmüddətli təmirə bağlanmasına səbəb olub.

Ötən ildən təmirə bağlanan Gənc Tamaşaçılar Teatrı, tamaşalarını əsasən Aktyor Evi və Opera Studiyasının səhnəsində nümayiş etdirməyə məcbur olub. Başqa teatrların səhnəsində tamaşa nümayiş etdirmək teatrın yaradıcı və texniki heyəti üçün problemlər yaradır.  
Gənc Tamaşaçılar Teatrının tanınmış sənətkarlarından biri bizimlə söhbətində: “48 ildir bu teatrda çalışıram. 48 ilin tam yarısını təmir şəraitində yaşamışıq” deyərək, təmir prosesinin yaradıcı mühitə, kollektivə vurduğu ziyanları üstüörtülü  formada dilə gətirib.  

Bu məsələni diqqətdə saxlayaraq, Gənc Tamaşaçılar Teatrının təmirinin nə zaman başa çatacağı ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki: “Təmir prosesi başlayıb və davam edir. Gənc Tamaşaçılar Teatrının təmir-tikinti işlərinin 2022-ci ilin sentyabr ayında başa çatacağı nəzərdə tutulub”.

Beləliklə də, Gənc Tamaşaçılar Teatrının kollektivi bundan sonra növbəti bir neçə ayı səbr edərək başa vurmalıdır.

Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümünü yenicə təmirdən çıxmış binasında açacaq.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO