Azərbaycanın tanınmış kino xadimi vəfat etdi

Azərbaycanın tanınmış kino xadimi vəfat etdi

Hazırda oxunan: Azərbaycanın tanınmış kino xadimi vəfat etdi

66823

Tanınmış animator, rejissor Hafiz Əkbərov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti yayıb. 

Kinorejissorlar Gildiyasının məlumatına görə, mərhum rejissorun üç mərasimi martın 30-u saat 11:00-da Təzəpir məscidində keçiriləcək. 

Xatırladaq ki, Hafiz Əkbərov 1941-ci ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olub.

Mərhum rejissor 1968-ci ildən 1993-cü ilə qədər C.Cabbarlı adına "AzərbaycanFilm" Kinostudiyasında əvvəlcə rejissor assistenti, sonra isə multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb.
1972-ci ildə Moskva şəhərindəki "SoyuzMultfilm" kinostudiyasında təkmilləşmə keçib.1979-1982 illərdə Multiplikasiya Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb.

Hafiz Əkbərov “Daş”, “Dınqıl, sazım, dınqıl”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir” və s. animasiya filmlərinin rejissoru olub. 

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO