Görkəmli bəstəkarımıza həsr edilən konsert keçiriləcək -

Görkəmli bəstəkarımıza həsr edilən konsert keçiriləcək - "Bizi  yaşadan nəğmələr" 

Hazırda oxunan: Görkəmli bəstəkarımıza həsr edilən konsert keçiriləcək - "Bizi  yaşadan nəğmələr" 

66413

Görkəmli Azərbaycan bəstəkarı, unudulmaz nəğmələrin müəllifi Tofiq Quliyevin 105 illiyinə həsr edilən konsert proqramı keçiriləcək. 

Bizim Media xəbər verir ki, aprelin 29-da Heydər Əliyev Sarayında baş tutacaq konsert proqramı "Bizi yaşadan nəğmələr" adlanır. 

Konsert proqramını Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı təşkil edir.

Proqramda Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Azər Zeynalov, İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Murad Hüseynov, Əməkdar artistlər Anar Şuşalı, Aygün Bəylər, Zamiq Hüseynov, Elton Hüseynəliyev, İnarə Babayeva, həmçinin Zabitə Alıyeva, Mirələm Mirələmov, Kamilə Babayeva, "Qaya" Dövlət Ansamblı, Akademik Musiqili Teatrın orkestrı, xoru, balet truppası və solistləri çıxış edəcək. 

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO