Martın 27-si Beynəlxalq Teatr Günündə Azərbaycan səhnəsində ilk dəfə A.P.Cexovun "Qağayı" əsəri nümayiş olunacaq.
Artıq son məşqləri gedən tamaşanın quruluşçu rejissoru Nicat Kazımov Bizim Media-ya açıqlamasında tamaşanın necə ərsəyə gəlməsindən danışıb:
“Mən, bu zamana qədər Çexov dramaturgiyasına müraciət etməmişəm. Mənə elə gəlirdi ki, Çexov dramaturgiyasının energetikası ilə mənim energetikam qəti üst-ustə düşmür. Amma pandemiya günlərində Mədəniyyət və İncəsənət Universiteti onlayn təkmilləşmə kursları təşkil etdi və QİTİS-in müəllimləri bizimlə onlayn dərslər keçirdi. Əvvəlcədən elan edildi ki, ustad dərslərinin mövzulari Cexovun əsərləri əsasında olacaq.
Həmin ərəfədə Cexovun bütün əsərlərini yenidən oxudum. Onlayn təkmilləşdirmə kurslarının sonunda hərə bir əsər seçib, hazırlamalıydı. Mən "Qağayı"nı seçdim. "Qağayı"nı öz baxisimla hazırlamaga başladım.
"Qağayı"da mənimlə, mənim sənətimlə, bugünkü günümüzlə uyğun gələn bir çox şeyləri gördüm və böyük maraq yarandı. Bir müddətdən sonra, elə pandemiya zamanı tamaşanın məşqlərinə onlayn start verdik. Adətən əsərlər üzərində maksimum iki ay işləmək imkanımız olur. Amma bu əsərin təkcə oxunuşuna bir neçə ay sərf edildi”.
Rejissor tamaşada Çaykovskinin musiqisindən, xüsusilə "Qu gölü" baletinin musiqilərindən istifadə etməsini də əsaslandırıb:
“Çaykovski ilə Çexov həyatda dost olublar, amma birlikdə yaradıcılıq münasibətləri olmayıb. Çaykovski, "Qağayı" əsərindən beş il əvvəl "Sonalar gölü"baletini yazıb. Mən düşündüm ki, "Qağayı" nin qəhrəmanları "Qu gölü"nə qulaq asa bilərdilər.
Ona görə də tamaşadaki musiqilərin 95 faizi "Qu gölü"ndən götürülüb. Həmçinin tamaşada Çaykovskinin bir romansı, kilsə musiqisi, sentimental valsindan istifadə olunub”.
Nicat Kazımov məlumat verir ki, tamaşanın rəssamı Telman Sixiyevdir. O, çox maraqlı dekorasiya həlli tapıb. "Qağayı" da əsas rolları Əməkdar artistlər Kəmalə Müzəffər, Şövqi Hüseynov, Nicat Kazımov, Rasım Cəfər, aktyorlar Manaf Dadaşov, Bəhram Əliheydər, Mirsənan Kazımlı, Səbinə Məmmədova, Aygün Fətullayeva, Sevinc Mehrəliyeva, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Kərəm Hadızadə, Anar Seyfullayev, Anar Səfiyev və başqaları yaradıb.
Rejissor deyir ki, hazırda Gənc Tamaşaçılar Teatrının binası təmirdə olduğuna görə, "Qağayı"nin premyerası Opera Studiyasında təqdim olunacaq:
“Əslində öz binamızda tamaşanın nümayişi daha maraqlı olacaq. Tamaşanın məşq prosesində daha maraqlı üslublar tapdım. Tamaşaçıya yeni üslublu tamaşa təqdim edəcəyik. Bugünkü günümüzlə tam səsləsən, üst-ustə düşən əsərdir və Azərbaycan tamaşaçısına maraqlı olacaq”.
Əsəri bizim tamaşaçıya uyğunlaşdırmağa çalışmışıq, deyən quruluşçu rejissor Nicat Kazımov sonda bütün tamaşaçıları "Qağayı"nı izləməyə dəvət etdi.
Ülviyyə Həsənqizi, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:30 / 24.03.2022
Azərbaycan səhnəsinə ilk dəfə "Qağayı" gəlir – Quruluşçu rejissor Çexova niyə müraciət edib?
Hazırda oxunan: Azərbaycan səhnəsinə ilk dəfə "Qağayı" gəlir – Quruluşçu rejissor Çexova niyə müraciət edib?
Hazırda oxunan: Azərbaycan səhnəsinə ilk dəfə "Qağayı" gəlir – Quruluşçu rejissor Çexova niyə müraciət edib?
66267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.