“Bu gün mən böyük dostumu itirdim” – Yazıçı Anar

“Bu gün mən böyük dostumu itirdim” – Yazıçı Anar

Hazırda oxunan: “Bu gün mən böyük dostumu itirdim” – Yazıçı Anar

65102

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, mərasimdə çıxışı zamanı Xalq yazıçısı Anar böyük kədər hissi keçirdiyini deyib.

“Bu gün mən böyük dostumu itirdim. Rüstəm, çox zaman Bakıda olmurdu, amma Bakı və Azərbaycan haqqında hamıdan yaxşı məlumati var idi. Mənim ən böyük arzum odur ki, Rüstəmin yadigari olan İbrus Teatrı yaşasın. Biz mütləq o teatrı yasatmaliyiq”, deyə o, qeyd edib.

Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO