Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi başlayıb.
Bizim.Media-ın əməkdaşının verdiyi informasiyaya görə, Mədəniyyət naziri Anar Kərimov mərhumla bağlı fikirlərini bildirib.
Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov Azərbaycan mədəniyyətinə 60 ildən çox xidmət edib:
“Azərbaycan kinosunun dünyada tanıdılmasında onun müstəsna yeri var. Əsərləri əsasında çəkilən filmlər bütün ölkələrdə çox məşhurlaşıb”.
Nazir Rüstəm İbrahimbəyovun Oskar mükafatının sahibi olduğunu xatırladıb:
“Onun əsərləri Azərbaycan kinosu qədər teatr səhnəmizdə də özünə parlaq yer qazanıb. Mərhumun xatirəsi qəlbimizdə hər zaman yaşayacaq”.
Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.
Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.
Ülviyyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
12:48 / 16.03.2022
Nazir Rüstəm İbrahimbəyovun Azərbaycan kinosundakı xidmətlərindən DANIŞDI
Hazırda oxunan: Nazir Rüstəm İbrahimbəyovun Azərbaycan kinosundakı xidmətlərindən DANIŞDI
Hazırda oxunan: Nazir Rüstəm İbrahimbəyovun Azərbaycan kinosundakı xidmətlərindən DANIŞDI
65096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.