Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib.
Bizim.Media xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.
MÖVZU İLƏ BAĞLI:
Rüstəm İbrahimbəyovun cənazəsi Bakıya gətirildi
Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib.
Onun cənazəsi martın 15-i Vətənə gətirilib. Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.
Bizim.Media