Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan “Shusha talks”-“Şuşa söhbətləri” adlı layihənin təqdimatı olub. Layihənin məqsədi Qarabağın, o cümlədən Şuşanın dirçəlişi, inkişafı, gələcəyi ilə bağlı mədəniyyət və incəsənət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir.
Təqdimat mərasimində ilk olaraq Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək layihə haqqında ətraflı məlumat verib.
Daha sonra Mədəniyyət naziri Anar Kərimov çıxış edərək "Şuşa söhbətləri" layihəsi "Şuşa İli"nə həsr edildiyini bildirib. Bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinin qeyd olunacağını deyən Anar Kərimov, qalibiyyət sevincini, qürurunu bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edib.
MÖVZU İLƏ BAĞLI:
Şuşa qəhrəmanı Zaur Həsənov: “Silahı olmayan yalın əllə düşmən üzərinə atılırdı”
Müzakirə və çıxışlarla davam edən tədbirdə Xüsusi təyinatlı qüvvələrin mayoru Zaur Həsənov, Xalq artistləri Mənsum İbrahimov, Nurəddin Mehdixanlı, məşhur fotoqraf Reza Deqati, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar Mədəniyyət işçisi Rahib Azəri, musiqiçi Zəhra Bədəlbəyli çıxış edərək “Şuşa ili” çərçivəsində keçirilən “Şuşa söhbətləri” layihəsində maraqlı fikir və təkliflərini səsləndirdilər.
Xatırladaq ki, layihə bundan sonrakı müzakirələrini Şuşada davam etdirəcək.
Tədbirdən hazırlanmış geniş videoreportajı diqqətinizə təqdim edirik:
Ülviyyə Həsənqızı, Bizim.Media