Şuşa qəhrəmanı Zaur Həsənov: “Silahı olmayan yalın əllə düşmən üzərinə atılırdı”

Şuşa qəhrəmanı Zaur Həsənov: “Silahı olmayan yalın əllə düşmən üzərinə atılırdı”

Hazırda oxunan: Şuşa qəhrəmanı Zaur Həsənov: “Silahı olmayan yalın əllə düşmən üzərinə atılırdı”

64857

Xüsusi təyinatlı qüvvələrin mayoru Zaur Həsənov “Şuşa söhbətləri” layihəsinin təqdimat mərasimində çıxış edib. 

Bizim.Media xəbər verir ki, Şuşanı hamıdan əvvəl görən qəhrəman Zaur Həsənov döyüşlə bağlı təəssüratlarını bölüşüb. 

“44 günlük vətən müharibəsi Qarabağın azad edilməsi ilə başa çatdı. 28 ildən sonra Şuşa zəfəri ilə başa çatan müharibədə düşmənin bütün qüvvələrini darmadağın etdik. Şuşa qürur yerimiz, fəxrimizdir.
Şuşa döyüşlərində bütün əsgərlər hədəfə doğru hərəkət edirdilər. Silahı olmayan yalın əllə düşmən üzərinə atılırdı. Biz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdik. Şəhidlər verdik, qazi olduq. Sözlərimi cənab Ali baş komandanın sözləri ilə tamamlayıram. Biz qayıtmışıq, Biz Şuşanı dirçəldəcəyik”, - deyə o əlavə edib. 

Z. Həsənovla yanaşı, xalq artisti Nurəddin Mehdixanlı, Mənsum İbrahimov, Rahib Azəri və Zəhra Bədəlbəyli səhnəyə çıxaraq, sualları cavablandırıblar.  

Qeyd edək ki, Zaur Həsənov Şuşa ilə bağlı Mədəniyyət Nazirliyinin çəkdiyi filmdə də yer alıb. 

Ülviyyə Həsənqizi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO