“Sənətkar” medalını bu şəxslər aldı - SİYAHI

“Sənətkar” medalını bu şəxslər aldı - SİYAHI

Hazırda oxunan: “Sənətkar” medalını bu şəxslər aldı - SİYAHI

64243

Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında  “Sənətkar” medalının təqdimatı olub. 

Bizim.Media xəbər verir ki, hər il martın 10-u Milli Teatr Günü münasibətilə keçirilən tədbirdə bir qrup sənət adamına “Sənətkar” medalı ilə yanaşı Fəxri Fərman və “Qızılgül” mükafatı təqdim olunub. 

2022-ci ilin “Sənətkar” medalının sahibləri 

Bəhram Osmanov (Əməkdar İncəsənət Xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru) 

Rauf Abdullayev ( Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru) 

Elxan Quliyev (Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru) 

Rza Xudiyev (Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru) 

Şıxı Yaqubov (Əməkdar artist, Mingəçevir  Teatrının aktyoru) 

Fəxri Fərmanla təltif olunanlar: 

Fəxrəddin Atayev (Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru) 

Şövqi Hüseynov (Əməkdar artist, "Stanislavski" medalı laureatı) 

Vahid Əliyev (Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru) 

Güşvər Şərifova (Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası) 

Çingiz Əhmədov (Əməkdar artist, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru) 

Çingiz Ələsgərli (Akademik Milli Dram Teatrının Ədəbi-Dram Hissəsinin rəhbəri) 

Rüstəm Rüstəmov (Akademik Milli Dram Teatrının aktyoru) 

Əlvan Ağayev (Xalq Teatrının rejissoru) 

Namis Şirməmmədov (Sumqayıt Dövlət Dram Teatrının aktyoru) 

Elmira Hüseynova (Azərbaycan Dövlət Kukla Teatrı) 

“Qızılgül” mükafatı ilə təltif olunanlar: 

Şəfiqə Məmmədova (Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri) 

Məryəm Əlizadə (Sənətşünaslıq doktoru, professor) 

Fidan Qasımova (SSRİ Xalq artisti) 

Rimma Məmmədova (Əməkdar İncəsənət Xadimi) 

Tamilla Bünyadova ( Əməkdar artist, Kukla Teatrının aparıcı səhnə ustası) 

Samirə Behbudqızı (jurnalist, Mədəniyyət/ Culture jurnalının əməkdaşı) 

Zemfira Qafarova (Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru)  

Xatırladaq ki, “Sənətkar” medalı Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi mükafatdır.  

Mükafat hər il Milli Peşəkar Teatr Günündə dramaturqlara, yazıçılara səhnədə xidmətləri olan sənət adamlarına təqdim olunur. 

Ülviyyə Həsənqızı Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO