Gəncə şəhərində Cavad xanın heykəlinin ucaldılması ilə bağlı Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunan məsələyə Mədəniyyət Nazirliyi münasibət bildirib.
Bizim Media-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən daxil olan açıqlamada qeyd olunub:
“Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin nəzdində heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq kompleklərin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası fəaliyyət göstərir.
Mədəniyyət Nazirliyinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur. Bu müraciətlər sözügedən Ekspert Komissiyasının növbəti iclaslarında nəzərdən keçiriləcək və müvafiq addımlar atılacaqdır” - sitatın sonu.
Xatırladaq ki, bu məsələ ötən ildən diqqət mərkəsindədir. Belə ki, 2021-ci ildə Qənirə Paşayeva parlamentdə Nizami Gəncəvi haqqında beynəlxalq səviyyəli yeni filmin çəkilməsi, Gəncədə Cavad xan heykəlinin ucaldılması məsələləri ilə bağlı çıxış etmişdi.
Qənirə Paşayeva çıxışında:
“Bu məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə müzakirəmiz zamanı başçı bildirdi ki, heykəl üçün artıq yer ayrılıb. Müvafiq qurumlardan xahiş edirik ki, bu heykəlin hazırlanması və qısa zamanda Gəncədə layiq olduğu yerdə ucaldılması ilə bağlı məsələlərə xüsusi diqqət yetirsinlər".
Ülviyyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:00 / 11.03.2022
Gəncədə Cavad xanın HEYKƏLİ niyə qoyulmur? - Mədəniyyət Nazirliyindən CAVAB
Hazırda oxunan: Gəncədə Cavad xanın HEYKƏLİ niyə qoyulmur? - Mədəniyyət Nazirliyindən CAVAB
Hazırda oxunan: Gəncədə Cavad xanın HEYKƏLİ niyə qoyulmur? - Mədəniyyət Nazirliyindən CAVAB
64094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.