“111 yaşlı Ağadadaş Qurbanovu yada salan olmadı...” – Qızı kimdən gileyləndi? 

“111 yaşlı Ağadadaş Qurbanovu yada salan olmadı...” – Qızı kimdən gileyləndi? 

Hazırda oxunan: “111 yaşlı Ağadadaş Qurbanovu yada salan olmadı...” – Qızı kimdən gileyləndi? 

63818

Martın 8-i Azərbaycan teatr və kinosunun qüdrətli sənətkarı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təməlini qoyan, Xalq artisti, Ağadadaş Qurbanovun 111 yaşı tamam olub.

Bizim.Media Ağadadaş Qurbanovun yubiley günündə sənətkarın qızı, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Firəngiz Qurbanova ilə həmsöhbət olub. 

Ağadadaş Qurbanovun doğum gününü çox az adamların xatırladığını deyən Firəngiz Qurbanova, 111 ilin sürətlə  ötdüyünü bildirib:

“Ağadadaş Qurbanovun adının qarşısında yazılan 3 ədədə-111 rəqəminə heyrətlə baxıram. Adam inanmır ki, atamın anadan olmasından 111 il ötür. Mən təsəvvür edə bilmirdim ki, bu günü görə bilərəm. 54 yaşında dünyasını dəyişən Ağadadaş Qurbanovun 111 yaşı tamam olur. Atam təpədən-dırnağa yaradıcı adam idi. Həm də yüksək mədəniyyəti ilə seçilirdi. Mən, “rica edirəm” sözünü sonuncu dəfə atamdan eşitmişəm. Atamın xarakterini xatırlayanda ilk olaraq “rica edirəm” sözü yadıma düşür. Kimdənsə nəsə soruşanda, istəyəndə “rica edirəm” deyərdi.
 

İndi siz kiminsə dilindən bu sözü eşidə bilməzsiniz. Atamın 111 yaşı tamam oldu. Təəssüf ki, heç yerdə xatırlanmadı, yad olunmadı. Televiziyada belə heç kimin yadına düşmədi.


Ümumiyyətlə, mədəniyyət get-gedə heç kimə lazım deyil.  Hətta İncəsənət Universitetində oxuyan gənclər belə Ağadadaş Qurbanovun kim olduğunu bilmirlər. Bəlkə atamın iştirakilə çəkilən filmlərə baxanda A.Qurbanov adlı aktyorun kimliyi ilə maraqlanırlar, bilmirəm”. 

Xatırladaq ki, Xalq artisti Ağadadaş Qurbanov 1911-ci il martın 8-də Bakıda anadan olub.

1965-ci ildə "Arşın mal alan" filminin çəkilişləri zamanı Salyanda qastrolda olan Ağadadaş Qurbanov qaldığı mehmanxananın eyvanının uçması nəticəsində faciəli şəkildə həlak olub.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO