Məşhur “Qisas” romanının müəllifi, yazıçı Tahir Kazımov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı sosial mediada Əməkdar artist Cavanşir Hadıyev yayıb.
Tahir Kazımovun detektiv janrında qələmə aldığı "Qisas" romanı 1990-cı ildə böyük tirajla 40 min nüsxə ilə çap olunub. Roman türk və özbək dillərinə də tərcümə edilib. 2014-cü ildə roman əsasında rejissor Asif Abramov 32 seriyadan ibarət film çəkib.
Tahir Kazımov uzun illər hüquq mühafizə orqanlarında çalışıb. Müəllifin “Qisas” romanı ilə yanaşı "Talelərini özləri yazanlar" romanı da məşhur olub.
Xatırladaq ki, Tahir Kazımov 1942-ci ilin aprelin 27-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. O, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filalogiya fakültəsini bitirib. Daxili İşlər Nazirliyinin akademiyasında təhsil alıb. 1967-1997-ci illərdə Daxili işlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
O, 1965-ci ildən bədii yaradıcılıqla məşğuldur. “Səsin sehri”, “Taleyin qisməti beləymiş yəqin”, “Qisas”, “Müsibət” (üç kitab) sənədli romanı 1988-1994-cü illərdə Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrə həsr edilib.
Mərhum yazıçının şeirlərinə bəstəkarlar Faiq Sucəddinov, Xumar Qədimova musiqi bəstələyib.
Allah rəhmət eləsin!
Ülviyyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:45 / 09.03.2022
“Qisas” romanının müəllifi vəfat edib
Hazırda oxunan: “Qisas” romanının müəllifi vəfat edib
Hazırda oxunan: “Qisas” romanının müəllifi vəfat edib
63786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.