Mədəniyyət naziri Pakistan səfiri ilə görüşdü - FOTO

Mədəniyyət naziri Pakistan səfiri ilə görüşdü - FOTO

Hazırda oxunan: Mədəniyyət naziri Pakistan səfiri ilə görüşdü - FOTO

63345

Bu gün mədəniyyət naziri Anar Kərimov Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və səfirin müavini Moazzam Ali Sahito ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Anar Kərimov iki ölkə arasında tarixən mövcud olan dərin dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb.

Ölkələr arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Bilal Haye iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin sıx olduğunu və hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib və ölkələrimiz arasında qarşılıqlı olaraq mədəniyyət festivallarının keçirilmə imkanları müzakirə olunub.

Eyni zamanda işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa prosesində birgə əməkdaşlıq məsələləri barədə söhbət açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO