“Həyatın ilmələri” sənədli filminin təqdimatı keçiriləcək - FOTO 

“Həyatın ilmələri” sənədli filminin təqdimatı keçiriləcək - FOTO 

Hazırda oxunan: “Həyatın ilmələri” sənədli filminin təqdimatı keçiriləcək - FOTO 

63314

Martın 9-da Nizami Kino Mərkəzində “Həyatın ilmələri” sənədli filminin təqdimatı keçiriləcək.

Bizim.Media Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası” MMC-də istehsal olunan film Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Mübariz Nağıyev ekran işi ilə bağlı bildirir ki, qəhrəmanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb:

“Burada həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb”.

Yeri gəlmişkən, filmin çəkilişləri əsasən Bakıda, Zəhra Əliyevanın evində, Milli Xalça Muzeyində, eləcə də İsmayıllı və Xızı rayonlarında lentə alınıb.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Xatırladaq ki, “Həyatın ilmələri” sənədli filminin təqdimatı Nizami Kino Mərkəzində saat 19:00-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO