Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin olunub.
Bu gündən etibarən kinostudiyaya Nazim Fikrət oğlu Hüseynov rəhbərlik edəcək.
Nazim Hüseynov Bizim.Media-ya özəl açıqlamasında kinostudiyanın onun üçün hər zaman doğma olduğunu deyib:
“Azərbaycanfilm” kinostudiyası mənim doğma evim olub. Yəqin bilirsiniz ki, mən bir müddət bu vəzifəni icra etmişəm. Uzun illər isə “Salnaməfilm”studiyasının direktoru olmuşam.
Kinostudiyada gələcəkdə nələr olacaq, hansı işlər görüləcək bunları bu dəqiqə demək doğru olmaz. Allah qoysa, bir aydan sonra müəyyən işlərlə bağlı danışmaq, fikir bölüşmək olar”
Xatırladaq ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının keçmiş direktoru Fariz Əhmədov 2020-ci ilin sentyabr ayından bu vəzifədə çalışıb.
Ülviyyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
16:45 / 04.03.2022
“Azərbaycanfilm”in yeni təyin olunan direktorundan İLK AÇIQLAMA: “Kinostudiya mənə hər zaman doğma olub”
Hazırda oxunan: “Azərbaycanfilm”in yeni təyin olunan direktorundan İLK AÇIQLAMA: “Kinostudiya mənə hər zaman doğma olub”
Hazırda oxunan: “Azərbaycanfilm”in yeni təyin olunan direktorundan İLK AÇIQLAMA: “Kinostudiya mənə hər zaman doğma olub”
63172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.