Rusiyanın Xalq artisti, məşhur opera müğənnisi Anna Netrebko şəxsi həyatı ilə bağlı olan maraqlı məqamları açıqlayıb.
Bizim.Media xəbər verir ki, dünya şöhrətli müğənni, ulduz olmazdan əvvəl həyatın sərt üzünü görüb.
Gözəl səsi və çoxlarından fərqlənən xarici görünüşü olan Anna Netrebko, Krasnodardan böyük şəhərə gələndə sadə qızcığaz idi. 1990-cı illərin aclıq, çətinliklə dolu günlərini yaşadığını deyən Anna Netrebko:
“O illərdə əynimizə geyinməyə normal paltar tapa bilmirdik. Rəfiqələrimlə birlikdə plasmasdan hazırlanmış üç cüt sırğamız var idi. Həmin sırğaları növbəli şəkildə hər gün birimiz taxırdıq”, - deyir:
“Tələbəlik illərim yadımda çətinliklərlə mübarizə aparmağımla qalıb. Peterburqda Konservatoriyada təhsil alırdım.
Amma əlavə qazanc yeri tapmaq lazım idi. Həmin ərəfədə Marinski Teatrına xadimə kimi işə düzəldim. Hər axşam incəsənət məbədi sayılan teatrın, giriş dəhlizini sabunlu su ilə yuyurdum. İylənmiş döşəmə əskisi ilə teatra gələn adamların atdığı tör-töküntüləri silirdik. İşimizi mümkün qədər təmiz və cəld görməliydik. Teatrın foyesinə açılan qapı pəncərələrdən gələn külək və soyuq bizi məhv edirdi. Dözülməz iş idi”.
Marincki Teatrının döşəməsini silən Annanın bəxt üzünə gülür. Üçüncü kursda oxuyarkən Marinski Teatrının bədii rəhbəri Valeri Qerqiyev Annanın səsini dinləyir.
Gənc Annanın səsini bəyənən bədii rəhbər onu “Fiqaronun toyu” operasına dəvət edir. 1994-cü ildə “Fiqaronun toyu” operasında çıxış edən Anna Netrebkonun ulduzu parlayır.
Bizim.Media