Hollivud filmlərinin Rusiyada yayımının dayanmasının Azərbaycan kinoteatrlarına TƏSİRİ – Zaur Darabzadədən AÇIQLAMA 

Hollivud filmlərinin Rusiyada yayımının dayanmasının Azərbaycan kinoteatrlarına TƏSİRİ – Zaur Darabzadədən AÇIQLAMA 

Hazırda oxunan: Hollivud filmlərinin Rusiyada yayımının dayanmasının Azərbaycan kinoteatrlarına TƏSİRİ – Zaur Darabzadədən AÇIQLAMA 

62932

Rusiya-Ukrayna müharibəsi film sənayesinə də təsirsiz ötüşməyib. Bir çox şirkətlər filmlərinin Rusiyadakı yayımını dayandırıb, planlaşdırılan qala-gecə mərasimlərini ləğv edib. “Netflix” onlayn film platforması isə orijinal rus film layihələri üzərində işləməyi dayandırıb.

"Disney", "Warner Bros" və "Sony" kimi şirkətlərin Rusiya ilə bağlı sözügedən qərarının Azərbaycan kinoteatrlarına necə təsir göstərəcəyi maraq doğurur. Çünki, Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar filmləri əsasən bu kino şirkətlərinin Moskvada yerləşən ofislərindən alırdılar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə Bizim.Media-ya açıqlamasında film nümayişi ilə bağlı problemin yaşanmayacağını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Netflix”dən Rusiya ilə bağlı QADAĞA - Film layihələrini dayandırdı


“Biz Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi olaraq filmləri həmin studiyaların özündən alırıq. “Sony”, "Disney", "Warner Bros", “Paramount” kimi dünyanın nəhəng kino istehsalçılarının birbaşa studiyaları ilə çalışırıq.

Sadəcə olaraq, MDB ofisi Moskvada yerləşdiyindən MDB ölkələri Rusiya üzərindən filmləri əldə edirdilər. Hazırda dünyada baş verən hadisələr onu göstərir ki, şirkətlər MDB ofisinin məkanını dəyişəcəklər. Ümumilikdə, dünyada yayımlanan filmlər Azərbaycanda da eyni gündə yayımlanacaq. Yəni, Azərbaycan tamaşaçısı bunu hiss etməyəcək”.

Moskvada bağlanan MDB ofisinin Azərbaycanda açıla biləcəyi ehtimalını dəyərləndirən Zaur Darabzadə bu variantı istisna etməyib:

“Hazırda danışıqlar aparılır. Qeyd etdiyimiz böyük şirkətlər bu məsələyə baxırlar. Ola bilsin ki, kino istehsalçılarından biri MDB ofisini Bakıda açsın. Bunu zaman göstərəcək. Bizim hazırda əsas məqsədimiz filmlərin dünya premyerası ilə eyni gündə Azərbaycanda yayımlanmasıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO