Qısametrajlı bədii film festivalı başlayır - “Mən qadınam”

Qısametrajlı bədii film festivalı başlayır - “Mən qadınam”

Hazırda oxunan: Qısametrajlı bədii film festivalı başlayır - “Mən qadınam”

62420

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinə start verib.

Bizim Media Azərbaycan Kinematoqrafçılar İttifaqına (Aki) istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd müasir cəmiyyətimizin bütün kataklizmlərinin ilk növbədə qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların, o cümlədən şanlı qələbəmizin əldə edilməsində Azərbaycan qadınının misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir Azərbaycan qadın qəhrəmanlarının yaradılması işinin təşviq edilməsindən ibarətdir.

Müsabiqəyə təqdim edilən ssenarinin  janrından asılı olmayaraq, müasir Azərbaycan qadınının bütün çalarları ilə dolğun obrazının yaradılması, onların şəxsi rifahı və cəmiyyətin məqsədləri uğrunda mübarizəsinin, Şərq və Qərbin qovşağında yaşamanın özəlliklərinin, gender ayrıseçkiliyi fəsadlarının kino dili ilə ifadəsi arzu olunandır.

Müsabiqədə iştirak üçün qısametrajlı (52 dəqiqədən çox olmamaqla) bədii filmin ssenarisi (çap olunmuş variantda 2 nüsxə, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur.

Ssenari və müəllif haqda informasiyanın elektron versiyası [email protected] ünvanına , “ssenari müsabiqəsi” mövzusu göstərilməklə göndərilməlidir.

Ssenarinin çap nüsxələri 15 may 2022-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Ünvan:  Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi 18.

Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

Qaliblər diplom və pul mükafatı ilə təltif  ediləcəklər:

Birinci yer – 2000 AZN

İkinci yer – 1500 AZN

Üçüncü yer – 1000 AZN

Qalib ssenarilər  istehsalı  məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO