Azdrama “müqəddəslərin” üstündən karantin rejimini götürdü – Martın 13-də gələ bilərsiniz

Azdrama “müqəddəslərin” üstündən karantin rejimini götürdü – Martın 13-də gələ bilərsiniz

Hazırda oxunan: Azdrama “müqəddəslərin” üstündən karantin rejimini götürdü – Martın 13-də gələ bilərsiniz

62390

Akademik Milli Dram Teatrında “Müqəddəs Filumena” tamaşasının son məşqləri davam edir.

Bizim Media xəbər verir ki, italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın premyerası martın 13-də nümayiş etdiriləcək.

Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərəfindən çevrilib.

Əsərdə Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən danışılır.

Tamaşanın məşqlərinə 2020-ci ilin fevral ayında başlanılıb və premyeraya hazırlıq gedirdi. Həmin ərəfədə ölkədə “Covid-19” virusu ilə əlaqədar xüsusi karantin rejiminin elan edilməsi səbəbindən səhnə əsərinin məşqləri təxirə salınıb.

Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. 

Tamaşada baş rollarda Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) çıxış edəcək.

Səhnə əsərində Xalq artisti Cəfər Namiq Kamal, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Cümşüd Zeynalov, Ləman İmanova, Şəhla Əliqızı, İlahə Həsənova, Fəridə Şahbazova, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz, Firuzə Balayeva, Xədicə Novruzlu, Vüsal Mustafayev və Elsevər Rəhimov rol alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO