Martın sonunda Rus Dram Teatrına gətiriləcək QADIN kimdir? 

Martın sonunda Rus Dram Teatrına gətiriləcək QADIN kimdir? 

Hazırda oxunan: Martın sonunda Rus Dram Teatrına gətiriləcək QADIN kimdir? 

62321

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında premyera olacaq.

Bizim.Media xəbər verir ki, martın 26-27-də baş tutacaq yeni tamaşa görkəmli dramaturq Maqsud İbrahimbəyovun “Və qadın gəldi...” romanı əsasında hazırlanıb.

Tamaşanın səhnə tərtibatı Əməkdar mədəniyyət  işçisi Vladimir Neverova məxsusdur. 

Quruluşçu rejissor Xalq artisti Aleksandr Şarovski, dekorasiya rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssam Anna İbrahimbəyova, Olqa Abbasova, musiqi tərtibatı Vladimir Neverov, plastika üzrə xoreoqraf və rejissor assistenti Xalq artisti Fuad Osmanov, xoreoqraf köməkçiləri Əməkdar artistlər Mariya Duboviskaya və Həcər Ağayevadır. 

“Və qadın gəldi...” tamaşasında əsas rolları Xalq artistlər Məbud Məhərrəmov, Fuad Osmanov, Əməkdar artistlər Həcər Ağayeva, Mariya Duboviskaya, Oleq Əmirbəyov, Salman Bayramov, Murad Məmmədov, Yuri Omelçenko ifa edəcək. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO