Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən fəaliyyətə başlaması ilə bağlı direktordan AÇIQLAMA

Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən fəaliyyətə başlaması ilə bağlı direktordan AÇIQLAMA

Hazırda oxunan: Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən fəaliyyətə başlaması ilə bağlı direktordan AÇIQLAMA

605903

Dərbənd şəhərində Azərbaycan Dövlət Musiqili Dram Teatrı yenidənqurmadan sonra fəaliyyətə başlayıb. Hadisə Azərbaycanda da böyük maraq doğurub. Soydaşlarımız yaşadıqları şəhərdə öz ana dillərində teatrın açılmasından sevinc hissi keçiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də kollektivə təbrik məktubu ünvanlayıb. Məktubda vurğulanır ki, Azərbaycan və Dağıstan xalqları əsrlər boyu sıx dostluq və qarşılıqlı dəstək əlaqələri ilə bir-birinə bağlıdır.

Bizim.Media Dərbənd Azərbaycan Musiqili Dram Teatrının direktoru Firdovsi Əsgərovla əlaqə saxlayaraq bu barədə ətraflı məlumat alıb.

Firdovsi Əsgərov bildirib ki, teatrın açılışı videokonfrans formatında Rusiya Prezidenti Vladimir Putin tərəfindən həyata keçirilib. Prezident çıxışında teatrın Rusiya və Azərbaycan arasında mədəni körpü rolunu oynadığını vurğulayıb:

“Dərbənddəki Azərbaycan Teatrı və Bakıda yerləşən Rus Dram Teatrı iki xalqın milli ənənələri ilə tanışlığına xidmət edir. Bu, mədəni mübadilənin qarşılıqlı xarakter daşıdığını göstərir”.
 

Firdovsi Əsgərov teatrda Azərbaycanın yazıçı və bəstəkarlarının da əsərlərinin səhnələşdiriləcəyini bildirib. Bunlar arasında Üzeyir Hacıbəyli, Sabit Rəhman, İlyas Əfəndiyev, Mirzə Fətəli Axundzadə, Cəfər Cabbarlı, Süleyman Rüstəm və digər klassiklərin əsərləri olacaq. Həmçinin 2026-cı ildə teatrın Azərbaycana qastrol səfərlərinin təşkili ilə bağlı danışıqlar aparılır.


Məlumat üçün bildirək ki, hazırda teatrda 21 aktyor fəaliyyət göstərir. Kollektiv Azərbaycan, rus və digər xarici dramaturqların əsərlərini səhnələşdirir. Yenidənqurmadan sonra ilk tamaşa kimi Üzeyir Hacıbəylinin “Ər və Arvad” musiqili komediyası təqdim olunub.

Teatrın bərpası 2021-ci ilin noyabr ayında Dağıstan Respublikasının rəhbəri Sergey Melikov və Federasiya Şurasının üzvü Süleyman Kərimovun dəstəyi ilə başlanıb və 2025-ci ilin sonuna qədər davam edib.

Açılış mərasimində Dağıstan rəhbərliyi, mədəniyyət naziri Zarema Butayeva, Dərbənd şəhərinin rəhbəri Xanlar Paşabekov, Dövlət Dumasının deputatı Xizri Abakarov və Xalq Məclisinin deputatları iştirak ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO