Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı mediada səslənən məsələlərdən xəbərdarıq və buna həssas yanaşırıq. Mədəniyyət müəssisələri qarşıdurma yox, əməkdaşlıq məkanıdır - bu bizim əsas prinsipimizdir.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə “kult.az”a Mədəniyyət Nazirliyindən məlumat verilib.
“Hazırda məsələ ilə bağlı bütün tərəflərin mövqeyi öyrənilir və proses nazirliyin diqqətindədir. Zərurət olduqda vəziyyətə institusional səviyyədə müdaxilə mexanizmləri tətbiq olunur. Yanaşmamız ondan ibarətdir ki, hər hansı fikir ayrılığı emosional müstəvidə deyil, dialoq və qarşılıqlı anlayış çərçivəsində həllini tapsın.
Həm teatr rəhbərliyi, həm də irad bildirən əməkdaşlarla ünsiyyət imkanları açıqdır. Zərurət yaranarsa, nazirlik platformasında müzakirələrin təşkili mümkündür. Əsas məqsədimiz vəziyyəti obyektiv qiymətləndirmək, balanslı qərarların qəbulunu təmin etmək və kollektivin normal iş ritmini qorumaqdır”, - qurumdan bildirilib.
Qeyd edək ki, Akademik Opera və Balet Teatrının direktoru, xalq artisti Yusif Eyvazov teatrın bəzi əməkdaşlarının iradları səbəbindən Mədəniyyət Nazirliyinə çağırılıb.
Bizim.Media

































































































