Fransa mediasında Xurşidbanu Natəvanla bağlı MƏQALƏ

Fransa mediasında Xurşidbanu Natəvanla bağlı MƏQALƏ

Hazırda oxunan: Fransa mediasında Xurşidbanu Natəvanla bağlı MƏQALƏ

60344

Fransanın populyar “Musulmans en France” xəbər portalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanda elan olunmuş “Şuşa ili” ilə əlaqədar “Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü” adlı məqalənin yayımına başlayıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Məqalənin müəllifi tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi isə mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO