Şeyx Əbdüldən Şəfiqə Məmmədovaya SƏRT İTTİHAM - “Bir dəfə zəng etmədilər, Rasim gələndə deyəcəm” – ÖZƏL

Şeyx Əbdüldən Şəfiqə Məmmədovaya SƏRT İTTİHAM - “Bir dəfə zəng etmədilər, Rasim gələndə deyəcəm” – ÖZƏL

Hazırda oxunan: Şeyx Əbdüldən Şəfiqə Məmmədovaya SƏRT İTTİHAM - “Bir dəfə zəng etmədilər, Rasim gələndə deyəcəm” – ÖZƏL

602072

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov səhhətində problem yarandığı dövrdə Azərbaycan Kinematoqrafçılar İttifaqından onunla maraqlanmadıqlarını deyib.

Bu barədə sənətçi Bizim.Media-ya danışıb. Onun sözlərinə görə idarə heyəti və üzvlər ona zəng etməyib:

“O ittifaqın bünövrəsini mən qoymuşam, mənim təşəbbüsümlə yaranıb. Adi bir üzvü də mənimlə əlaqə saxlamır. Çox qəribədir, dəhşətə gəlməli işdir. Heç maraqlanmırlar, biri-birilərindən ehtiyat edirlər, qorxurlar. İttifaqı yaradan mən, bunları seçib orada əyləşdirən mən, konfransın təşkilatçısı mən, idarə heyətində olmaqdan imtina etdim ki, maraqlı görünməyim.
 

Altmış ildir o ittifaqın üzvüyəm, onlar heç anadan olmamışdı. Adi zənglə də ağsaqqalla hal-əhval tutmurlar. Bu azmış kimi, Şəfiqə xanım müsahibə verib ki, “mən xəstə olanda Şeyx yanıma gəlmişdi?”. Bura şəxsi restorandır ki, şəxsi münasibət güdürsən? Söhbət ittifaqın ağsaqqalından gedir. İnşallah xəstələnməsin, amma xəstələnsə, yanına mütləq gedəcəyəm.


Bunun işinə nə dəxli var? Allah köməkləri olsun. Şəfiqəni salamlayıram. Rasim müəllimə can sağlığı arzu edirəm, müalicə olunsun, gəlsin, görüşəcəyik. Bu sözləri ona deyəcəyəm ki, burda olmayanda müavinin Şəfiqə xanım və digərləri zəng etməyib”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO