"Avroviziya 2026": Təmsilçimizin mahnı və klipi təqdim olundu - FOTO/VİDEO

"Avroviziya 2026": Təmsilçimizin mahnı və klipi təqdim olundu - FOTO/VİDEO

Hazırda oxunan: "Avroviziya 2026": Təmsilçimizin mahnı və klipi təqdim olundu - FOTO/VİDEO

600594

Azərbaycanı "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın "Just Go" adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub.

Bizim.Media xəbər veirr ki, "Just Go" - sevgi, kədər və daxili güc haqqında emosional balladadır.
 

Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.


Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir.

Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir.
 

Xatırladaq ki, JIVA Azərbaycanın "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub.


Qeyd edək ki, 70-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.







Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO