Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Nəriman Həsənzadə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

597515

Xəbər verdiyimiz kimi, 18 fevral tarixində Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadə ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident Nəriman Həsənzadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi


Xalq şairi Nəriman Həsənzadə Bizim.Media-ya açıqlamasında“Heydər Əliyev” ordeni ilə təltif edilməsi ilə bağlı öz təəssüratlarını bölüşüb:

“Mən bu yüksək ordeni, mükafatı ləyaqətlə daşımalıyam və daşıyacağam. Buna görə cənab Prezident İlham Əliyevə və onun ailəsinə minnətdaram. Prezidentin məni unutmaması yaddaşımda ömür boyu qalacaq. Prezidentin bu diqqətli fikrinə sadiq qalmaq üçün hər zaman çalışacağam. Bu yüksək, ali mükafatı mənə təqdim etdiyi üçün Prezidentə dərindən təşəkkür edirəm. Cənab Prezident mənim birinci alqışladığım, qiymət verdiyim, mənəviyyatına bağlandığım insandır. Bu mükafat daimi olaraq qəlbimdə, ruhumda yaşayacaq və heç vaxt unudulmayacaq”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO