Şəhid balalarının ebru sənətinə dair sərgisi keçirilib – VİDEOREPORTAJ 

Şəhid balalarının ebru sənətinə dair sərgisi keçirilib – VİDEOREPORTAJ 

Hazırda oxunan: Şəhid balalarının ebru sənətinə dair sərgisi keçirilib – VİDEOREPORTAJ 

59573

Beynəlxalq Muğam Mərkəzində 44 günlük Vətən mühsribəsində şəhid olan milli qəhrəmanlarımızın övladlarının iştirak etdiyi “Xarı bülbül fidanları” adlı sərgisi keciriib. Sərgi şəhid övladlarının rəssamlıq bacarığına həsr edilib.

“Xarıbülbül fidanları” adlanan sərginin əsas istiqaməti ebru sənəti üzrə olub. Mədəniyyət nazirliyinin dıstəyi ilə keçirilən sərgidə şəhid övladlarının əl işləri nümayiş olunub. 

Sərgidə nümayiş olunan əsərlər 12 şəhid övladı tərəfindən 2 ay müddətinə hazırlanıb. Həmin əsərlər əsasən Qarabağ ornamentlərini özündə ehtiva edir. 

Sərgiyə tamaşa etmək üçün 44 günlük müharibənin qazi qəhrəmanları və şəhid ailələri də dəvət olunub. Onlar da şəhid övladlarının bacarıqlarını böyük hüyranlıq və qürurla izləyiblər.

“Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyi və “Xarıbülbül Fidanları” könüllülərinin təşəbbüsü ilə həyata keçirilən tədbirin sonunda Uşaq Musiqi və İncəsənət məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Tədbirdən hazırlanmış geniş videoreportajı diqqətinizə təqdim edirik: 

Şahnaz Əziz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO