"Sürücü dedi, sənin oğlunam, ürəyim düşdü, dedim, biabır oldum” – “Bəxt üzüyü”nün Moşusu ilə MÜSAHİBƏ

"Sürücü dedi, sənin oğlunam, ürəyim düşdü, dedim, biabır oldum” – “Bəxt üzüyü”nün Moşusu ilə MÜSAHİBƏ

Hazırda oxunan: "Sürücü dedi, sənin oğlunam, ürəyim düşdü, dedim, biabır oldum” – “Bəxt üzüyü”nün Moşusu ilə MÜSAHİBƏ

594580

“5-6 il bundan əvvəl AZTV-dən çıxmışdım, evə gedirdim. Oğluma demişdim ki, gəlib məni götürsün, onu gözləyirdim. Hava da soyuq idi. Gördüm, bir maşın dayandı. Bir oğlan boylanıb dedi, Valeh müəllim, əyləşin. Dedim, sağ olun, uşaq gəlib götürəcək məni. Dedi, yox, əyləşin. Oturdum maşına. Dedi, məni tanımadız? Dedim, yox. Dedi, mən sizin oğlunuzam”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Xalq artisti Valeh Kərimov “lent.az”a müsahibəsində deyib.

“Həmin vaxt da Xoşqədəm Hidayətqızının verilişləri olurdu, kimlərisə axtarıb tapırdı. Ürəyim düşdü. Dedim, necə yəni? Dedi, sizin oğlunuzam. Dedim, vəssalam, öldüm də. Biabır oldum. Dedim, yaxşı, sən Allah, saxla maşını, mən düşürəm. Dedi, yox, deyəcəm necə olub. Belə deyəndə lap ürəyim düşdü. Gördü pis oluram, dedi, "Pəncərə"də mən sizin oğlunuz olmuşam. Dedim, öldürdün məni, a kişi...” – deyə Xalq artisti bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO