Mədəniyyət Nazirliyindən UNESCO missiyası ilə bağlı AÇIQLAMA

Mədəniyyət Nazirliyindən UNESCO missiyası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Mədəniyyət Nazirliyindən UNESCO missiyası ilə bağlı AÇIQLAMA

59301

Azərbaycan Mədəniyyət Nazirliyi UNESCO-nun Ermənistana və Azərbaycana yaxın müddətdə missiya göndərməsi ilə bağlı əldə edilmiş razılığı alqışlayır.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

"Məlum olduğu kimi, Ermənistan ərazisində əsrlər boyu yaşamış Azərbaycanlılara məxsus zəngin tarixi-mədəni-dini irs nümunələri mövcud olub.

Hələ 1869-cu ildə Qafqaz Rusiya qubernatorluğunun dərc etdiyi “1870-ci il üçün Qafqaz təqvimi” adlı sənəddə verilən statistik məlumatlara görə, təkcə İrəvan quberniyasında 269 məscid olub. 

Məscidlərdən savayı, bu siyahıya həmçinin, İrəvanda xanın sarayı, İrəvan qalasının divarları, ümumilikdə hazırkı Ermənistan ərazisində mövcud olmuş çoxsaylı hamam, karvansaray, türbə, qəbiristanlıq və s. əlavə etmək olar. 
Ümid edirik ki, UNESCO-nun qarşıdan gələn missiyası Ermənistan ərazisində Azərbaycan xalqına mənsub olan irsin ətraflı şəkildə tədqiq edilməsi, müvafiq qaydada monitorinqi və sənədləşdirilməsi baxımından əhəmiyyətli olacaqdır", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO