Mədəniyyət Nazirliyi bu kitabları satın aldı – SİYAHI

Mədəniyyət Nazirliyi bu kitabları satın aldı – SİYAHI

Hazırda oxunan: Mədəniyyət Nazirliyi bu kitabları satın aldı – SİYAHI

586289

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının 15 dekabr 2025-ci il tarixində yekun iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Nazirlikdən məlumat verilib.
 

Komissiya Nazirliyin Nəşr Planının (Nazirliyin sifarişi və dəstəyi ilə bir il ərzində istehsalı və buraxılışı nəzərdə tutulan nəşriyyat və çap məhsullarının siyahısı) tərtibini və “Nəşrlərin satın alınması müsabiqəsi”nin (Nazirlik tərəfindən kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək üçün nəşriyyat və çap məhsullarının satın alınması məqsədilə keçirilən müsabiqə) təşkilini həyata keçirmək məqsədilə yaradılıb.


Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən təşkil olunur və tərkibi hər il yenilənir. Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə Komissiyanın tərkibi buraxılana qədər konfidensial saxlanılır.

Komissiya tərəfindən bu il ərzində 56 nəşr layihəsi müzakirəyə çıxarılıb, 14-ü elmi- kütləvi, 10-u bədii ədəbiyyat olmaqla 23 əsərin Nazirliyin növbəti il üçün Nəşr Planına daxil edilməsi məqsədəuyğun hesab edilib.
 

Eyni zamanda oxucu qruplarının tələbatı əsasında tabelikdə olan kitabxanaların yeni nəşrlərlə təmin olunması məqsədilə aprelin 7-də “Nəşrlərin satın alınması müsabiqəsi” elan olunub. Müsabiqəyə təqdim olunmuş 1520 adda kitab Komissiyanın iclaslarında dəyərləndirilmiş və Komissiyanın qərarına uyğun olaraq, 525 adda, ümumilikdə 63 650 nüsxə kitabın alışı Nazirlik tərəfindən həyata keçirilib.


Bir sıra müəlliflərin əsərləri kitablarının buraxılışını həyata keçirən nəşriyyatlar (“Aspoliqraf”, “Təhsil”, “Zərdabi-nəşr” və s.) vasitəsilə alınıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO