Şuşanın tarixi mədəniyyət abidələrinin kataloqu yaradılır

Şuşanın tarixi mədəniyyət abidələrinin kataloqu yaradılır

Hazırda oxunan: Şuşanın tarixi mədəniyyət abidələrinin kataloqu yaradılır

58524

“Şuşa rayonu üzrə 210, Şuşa şəhərində isə 195 tarixi mədəniyyət abidəmiz var. Eyni zamanda da 20-dən çox tarix mədəniyyət müəssisələrimiz mövcuddur. Hazırda onların kataloqu hazırlanır. Bu toplunun nəşri nəzərdə tutulur. Həmçinin, Şuşa abidələri ilə bağlı yeni veb saytın hazırlanması planlaşdırılır”. 

Bizim.Media xəbər verir ki, bu açıqlamanı mədəniyyət naziri Anar Kərimov verib. O bildirib ki, nəinki Şuşada, bütöv Qarabağda olan tarixi mədəniyyət abidələrimizin qeydiyyata alınmasına 2020-ci ilin oktyabr ayından Prezident İlham Əliyevin müvafiq tapşırıqlarından sonra başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşa” milli mükafatının təqdimat mərasimi keçirildi - FOTO


Nazir əlavə edib ki, bunun üçün müvafiq monitorinq qrupları yaradılıb, Mədəniyyət Nazirliyi də həmin monitorinq qrupunun üzvüdür.

Mədəniyyət Nazirliyinin mütəxəssisləri azad edilmiş ərazilərdə tarixi mədəniyyət abidələrinin qeydiyyatını aparmağa başlayıb. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO