“Gəncə Uşaq İncəsənət Mərkəzi üçün yeni binaya ehtiyac var” – Anar Kərimov 

“Gəncə Uşaq İncəsənət Mərkəzi üçün yeni binaya ehtiyac var” – Anar Kərimov 

Hazırda oxunan: “Gəncə Uşaq İncəsənət Mərkəzi üçün yeni binaya ehtiyac var” – Anar Kərimov 

58511

“Gəncə Azərbaycan mədəniyyətinin beşiyi hesab olunur. Bu şəhərə səfərimin əsas məqsədi Azərbaycanın ikinci böyük şəhərində mədəni həyatın canlandırılması, burada mədəniyyət obyektləri ilə tanış olmaq, orada çalışan insanlarla canlı görüşmək, onların problemlərini və çətinliklərini yerində öyrənmək, onlarla fikir mübadiləsi aparmaqdan ibarətdir. Biz çalışırıq ki, Gəncə mədəniyyətimizin daha da inkişaf etdirilməsində həmişəki avanqard rolunu davam etdirsin”.  

Bizim.Media-nın regional bürosu xəbər verir ki, bu açıqlamanı Gəncə Uşaq İncəsənət Mərkəzin iş prinsipi ilə tanış olan mədəniyyət naziri Anar Kərimov verib.  

Nazir vurğulayıb ki, ölkəmizin inkişafı və dünyada tanınması məhz qədim tarixi mədəni ənələrimizi yaşatmaqla müasir gənc nəsil yetişdikməkdən çox asılıdır.  

A.Kərimov uşaq rəqs qrupunun və digər çalğı alətlərində aparılan məşq prosesini izləyib. Nazir mərkəzin binasının kiçik və bu günün tələblərinə cavab vermədiyini bildirərək bu məsələyə baxılacağına söz verib:  

“Hiss olunur ki, burada istedadlı uşaqlar var. Rəqs və Xoreoqrafiya qrupunun nailiyyətləri barədə mənə məlumat verdilər. Bu çox sevindiricidir. Lakin belə balaca otaqlarda məşqlər etmək çətindir. Biz burada yeni müasir binanın tikilməsi məsələsini müzakirə edəcəyik. Ümidvaram ki, yaxın vaxtlarda yeni binanın tikintisinə nail ola biləcəyik”, - deyə nazir qeyd edib.

Daha sonra dərs prosesində köhnə not vərəqlərindən istifadə edildiyini görən nazir mərkəzin rəhbərliyinə öz iradını bildirib.

Qeyd edilib ki, mərkəzə tez bir zamanda nazirlikdən yeni not vərəqləri verilməlidir.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO