Anar Kərimov: “Oğurlanan eksponatlarla bağlı UNESCO-nun sərgilədiyi mövqe ikili standartlardan xəbər verir”

Anar Kərimov: “Oğurlanan eksponatlarla bağlı UNESCO-nun sərgilədiyi mövqe ikili standartlardan xəbər verir”

Hazırda oxunan: Anar Kərimov: “Oğurlanan eksponatlarla bağlı UNESCO-nun sərgilədiyi mövqe ikili standartlardan xəbər verir”

0:00
0:00
58489

Ermənilər Şuşadan qeyri-qanuni çıxardıqları xalçaları və digər eksponatları ötən il İrəvanda sərgiləmişdilər. Onlar bunu hətta həyasızcasına rəsmən bəyan da etmişdilər.  

Bu fikirləri Gəncə şəhərinə səfər edən mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib. 

“Biz bununla bağlı hələ o vaxt dərhal bəyanat vermişdik. Qarabağ xalçalarının ermənilər tərəfindən oğurlandığını və beynəlxalq hüquqlara zidd şəkildə nümayiş etdirməkləri ilə bağlı UNESCO-ya da rəsmi müraciət etdik. Orda olan xalçaların Qarabağ xalçaları olduğu faktlarla sübuta yetirildi. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, xüsusilə də UNESCO məsələ ilə bağlı konkret addımlar atmır”, - deyə nazir qeyd edib. 

Anar Kərimovun sözlərinə görə, təşkilatın siyasiləşməsindən, ikili standartlarından xəbər verir. “Ancaq bu o demək deyil ki, biz dayanacağıq”. 
 

Nazir qeyd edib ki, ermənilərin bu hərəkəti bütün beynəlxalq hüquqa və konvensiyalara zidd bir qanun pozuntusudur.


Nazir həmin xalçaların hazırda Azərbaycana qaytarılması mümkün olmasa da qeyri-qanuni olan bir məsələnin beynəlxalq təşkilatlar və beynəlxalq aləmdə pislənməsini gözlədiklərini söyləyib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO